TFF futbolçuları cəzalandırıb

media-hightechnic-468x90
04760081Emre Belözoğlu 1, Mustafa Pektemek isə 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

media-banner_tkm

Futbol qurumu “Əskişəhərspor”la matçda hakimə qarşı nalayiq ifadə işlədən Belözoğluya 13 min Türkiyə lirəsi məbləğində cərimə də kəsib. 34 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu “Fənərbağça” isə azarkeşlərin bu mövsüm 2-ci dəfə çirkin şüarlar səsləndirməsinə görə, 100 min Türkiyə lirəsi ödəməli olacaq.

“Beşiktaş”da forma geyən Mustafa Pektemek isə Superliqanın son turunda “Karabükspor”un futbolçusuna qarşı ciddi kobudluğa görə 2 oyun “dincələcək”.

Xatırladaq ki, Türkiyə Superliqasının 11-ci turunda 2:2 başa çatan “Fənərbaxça” – “Əskişəhərspor” qarşılaşmasında Emre Belözoğlu köməkçi hakim Ekrem Kana “Allah bəlanızı versin” dediyinə görə meydandan qovulmuşdu.

Sonradan onun hakimə “Allah bəlanızı verməsin” dediyi irəli sürüldü.

(xezerxeber.com)

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05