Ticarət mərkəzində atışma: Yaralılar var

ABŞ-da ticarət mərkəzlərindən birində atışma baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı insident Neşvill şəhərində qeydə alınıb.

İlkin məlumatlara görə, atışma nəticəsində azı 4 nəfər yaralanıb. Atəş açan şəxslərin iki nəfər olduğu və onlardan birinin artıq saxlanıldığı bildirilir.