!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toğrul Ağayev Baku Build 2024-də Yaşıl Lift Texnologiyaları adlı müzakirədə məruzə etdi - FOTO

!Reklam – Yazi

Toğrul Ağayev Baku Build 2024-də Yaşıl Lift Texnologiyaları haqqında məruzə edib.

Yenicag.az xəbər verir ki, Dizayn-Lift MMC-nin təsisçisi və direktoru Toğrul Ağayev, 29-cu Azərbaycan Beynəlxalq İnşaat Sərgisi Baku Build 2024 çərçivəsində “Yaşıl dünya üçün yaşıl inşaat texnologiyaları” adlı panel müzakirəsində məruzəçi kimi çıxış etdi. O, yaşıl lift texnologiyaları mövzusunda geniş təqdimatla çıxış edərək regenerativ enerji istifadəsi, davamlı materiallardan istifadə, effektiv mühərriklər və ağıllı idarəetmə sistemlərinin əhəmiyyətini vurğuladı.

Məruzəsində, Ağayev həmçinin Dizayn-Lift MMC-nin tərəfdaşı iTech Group MMC ilə birgə həyata keçirdiyi ağıllı lift və bina idarəetmə layihələrindən bəhs etdi. Bu layihələr, enerji effektivliyini artırmaq və ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədi ilə müasir texnologiyaların tətbiqi ilə diqqət çəkir.

Sərgidə iştirakçılar yaşıl texnologiyaların inşaat sektorunda necə tətbiq oluna biləcəyini öyrənmək və bu sahədəki yenilikləri müzakirə etmək imkanı əldə etdilər.

COP29

www.yenicag.az

89
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv