Tokayevdən seçki sonrası açıqlama

media-hightechnic-468x90

Qazaxıstan siyasi quruluşun yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın hazırkı Prezidenti Qasım Cömərd Tokayev seçkisonrası bəyanatında bildirib.

“Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik”, – Prezident bildirib.

Tokayev ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını açıqlayıb: “Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq”.

Onun sözlərinə görə, bütün bu məqsədləri həyata keçirmək üçün birlik lazımdır: “Ona görə də hamınızı birliyə səsləyirəm”./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa