Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırdı

media-hightechnic-468x90

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb.

Yenicag.az xəbər verir ki, 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında 1/8 finalda Ovanes Baçkovla (Ermənistan) üz-üzə gəlib.

Çələbiyev 1:4 (28:29, 29:28, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olub və yarışda çıxışını dayandırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600