!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Topaz"ın ucuz reklamı: bu dəfə fəhlə, yoxsa müəllim?

!Reklam – Yazi

Marketinqdə reklam önəmlidir. Daim gündəmdə qalmaq, müştərilərin diqqətini çəkmək üçün həm görülən işlər, həm də göstərdiyin xidmət yüksək səviyyədə olmalıdır.

Yox, əgər müəyyən axsamalar varsa, bu zaman reklama ehtiyac duyulur. Bəzən də şirkəti reklam üçün ucuz PR vasitələrindən istifadə edilir ki, bu da zamanla öz mənfi təsirini göstərir.

Məsələn, “Topaz” mərc şirkəti ildə 1-2 dəfə bir şəxsi bəzəyib-düzəyib, ictimaiyyətə bəxtəvər şəxs kimi təqdim edir. Guya bu şəxs oynadığı mərc kuponu sayəsində yüz minlərə sahib olub. Belə olan halda isə imkansızlıqdan yaxa qurtarmaq istəyən şəxs məhz sözügedən reklama aldanaraq, şirniklənib əlində olan pulla “Topaz” məntəqəsinə qaçır. Sonda isə cibində olan 5-10 qəpiyi də uduzur. Və hətta borca da düşür… Bunun sonu bəzən daha faciəvi hadisələrlə, hətta intiharla nəticələnir.

Sonuncu dəfə belə bir reklama 2016-cı ilin fevralında əl atılıb. O zaman sürücü işləyən şəxs 12 oyundan ibarət 5 eyni kuponun hər birinə 200 manat yatırmaqla guya 809 min 515 min manat qazanmışdı! (?) Düzdür, ruslar “risk etməyən, şampan içməz” deyiblər. Amma Azərbaycanda elə bir sürücü yoxdur ki, 12 oyun yazıb, 1000 manatını riskə atsın…

Və bu tip reklamların davamı da gələcək. Yəqin ki, yaxın günlərdə ya hansısa fəhlə, ya da müəllim “Topaz” tərəfindən “bəxtəvər” elan olunacaq. O da deyəcək ki, camaat, gəlin oynayın və qazanın. Bu, bir növ intihara çağırış mesajı da hesab oluna bilər.

Düzdür, insafən onu da qeyd edək ki, “Topaz” hər ilin yekun hesabatında verilən uduşların miqdarını açıqlayır. Şəffaflığına şübhə etdiyimiz hesabata inansaq, mərc şirkəti hər il 200 milyon manatdan çox uduş verib.

Amma nədənsə, əldə edilən gəlirin miqdarı açıqlanmır. Bunu şirkətdən də soruşsaq, kommersiya sirri deyib, boyun qaçıracaqlar. Əgər doğrudan da “Topaz”ın il ərzində verdiyi uduşların məbləği 200 milyon manat civarındadırsa, siz bir də qazancı düşünün. Çünki qumarı hər zaman qumarı oynadan qazanır. Heç qumarbaz da qazandığı pulun sayını deyər?

Emin Səfərov

COP29

www.yenicag.az

3076
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv