Tovuzda şəhidləri təhqir edən şəxs həbs olundu - Onu döyənlərdən də XƏBƏR VAR

media-hightechnic-468x90

“Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi üzrə aparılan prosessual tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov, əvvəllər məhkum olunan, 1993-cü il təvəllüdlü Sürət Məmmədov, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Tural Əhmədov, 2000-ci il təvəllüdlü Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və əvvəllər məhkum olunan, 1967-ci il təvəllüdlü Telman Nağıyev xuliqanlıq zəminində həmyerliləri 1983-cü il təvəllüdlü Aqil İbrahimovu döyməkdə təqsirləndirilərək istintaqa cəlb ediliblər. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, – DİN rəsmisi vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05