Toy qanlı hadisəyə çevrildi
YENİCAG.AZ xəbər verir ki, İngiltərədə dəhşətli hadisə baş verib. Beləki, toy mərasimi üçün hazırlanan hava fişəngləri 2 nəfərin həyatına son qoyub. Fişənglərin yerdə atəş açması nəticəsində 2 nəfər yanıb.
İngiltərədə 61 yaşlı John Simpson və 44 yaşındakı Nicole Rothwellin toyları qanlı hadisəylə nəticələnib.
70-ə yaxın qonağın olduğu toyda hava fişənglərinin yerdə atəş aşması nəticəsində böyük yanğın başlayıb.
Hadisə yerində araşdırmalar aparan polis, 2 nəfərin yanaraq öldüyünü və ölən kəslərin şəxsiyyətlərinin hələ müəyyən edilmədiyini açıqlayıb.