Toyda qətl törədən şəxs tutuldu

media-hightechnic-468x90

Sabirabad rayonunda toy mərasimi zamanı həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Xəsarət alan şəxs ölüb.

Yenicag.az xəbər verir ki, hadisə ötən gün Sabirabad rayonu Qaragüney kəndində qeydə alınıb. Yaranan mübahisə zamanı Qaragüney kənd sakini X.Muradov həmkəndlisi T.İsrafilovu bıçaqlayıb. Xəsarət alan şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyata götürülsə də, həkimlərin səyinə baxmayaraq ölüb.

Bıçaqlanma hadisəsini törədən X.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa