“Toyota” 314 minə yaxın avtomobili geri çağırır

media-hightechnic-468x90

Yaponiyanın “Toyota” korporasiyası Çin bazarında satdığı 313 min 712 avtomobili təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır. 

Yenicag.az bildirir ki, geri çağırılan avtomobillər həm “Toyota”nın Çindəki birgə müəssisələrində istehsal olunan, həm də xaricdən idxal edilənlərdir. Buraya “Corolla”, “Vios”, “Yaris”, “Leahead” və “Alphard” modellərindən olan avtomobillər daxildir.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin təhlükəsizlik yastıqlarının normal çalışmaması sürücü və sərnişinlərin həyatına təhlükə yarada bilər. İstehsalçı şirkət qüsurlu detalları öz hesabına dəyişəcək.(Azərtac)

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa