Tramp ABŞ tarixində ən böyük deportasiyanı edəcəyini bildirdi

media-hightechnic-468x90

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ayova ştatında seçicilər qarşısında çıxış edərkən ABŞ-nin cənub sərhədindəki “xaos”a qarşı çıxıb.

media-banner_tkm

“Sərhəddə xaos var. Sərhəd fəlakətdir. Düşünürəm ki, bu, dünya tarixindəki ən pis sərhəddir. Bizin sərhədimiz əvvəl çox yaxşı idi. Amma indi ondan heç nə qalmayıb”, – deyə siyasətçi gileylənib.

O, hazırkı Prezident Co Baydenin siyasətinə qəti şəkildə qarşı çıxaraq, ABŞ tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirəcəyini vəd edib. Bildirib ki, ABŞ-nin başqa seçimi yoxdur.
“Ölkəmiz tarixində ən böyük deportasiya ilə üz-üzəyik. Hər kəsi gəldiyi yerə qaytaracağıq. Başqa seçimimiz yoxdur”, – deyə Tramp əlavə edib.

Mənbə: iz.ru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05