Tramp Ərdoğanın İstanbul dəvətinə razılıq verdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətinə müsbət cavab verdiyini və Rusiya və ukraynalı liderlər Vladimir Putin, Volodimir Zelenski ilə İstanbulda sülh danışıqları aparmağa açıq olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, Trampın sülh danışıqlarında iştiraka açıq olduğunu, lakin həm liderlərin, həm də tərəflərin bir masa arxasında əyləşmələrini istədiyini bildirib:

“Prezident dəvətə açıq olduğunu bildirdi. Bununla belə, o, həm liderlərin, həm də nümayəndələrin birlikdə masa arxasında əyləşməsini istəyir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında verdiyi açıqlamalarda liderlərin İstanbulda sülh masasında bir araya gəlməyini ən böyük arzusu kimi qiymətləndirib./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600