Nyu-York məhkəməsi ABŞ-ninn keçmiş prezidenti Donald Trampı 2021-ci ildə qəzetə qarşı açdığı əsassız iddia ilə bağlı məhkəmə xərcləri üçün “The New York Times”a təxminən 400 min dollar ödəməyi əmr edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York ştatının Ali Məhkəməsinin hakimi Robert Rid qərar verib.
Tramp vəkillik haqqını və təxminən 393 000 dollar, o cümlədən jurnal və müxbirlər Syuzan Kreyq və Rassel Batner üçün 229 931 dollar, o cümlədən qəzetin üçüncü jurnalisti Devid Barstou üçün 162 717 dollar ödəməyə əcbur olub.
www.yenicag.az