Tramp İranla saziş üçün yaxşı şansın olduğunu bildirdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp İranla saziş əldə etmək üçün yaxşı şansın olduğunu bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşr bildirib ki, danışıqlar zamanı son anda razılaşma və ya heç olmasa atəşkəsin uzadılması əldə edilə bilər.

“Özümü yaxşı hiss edirəm. Razılaşma konsepsiyası hazırlanıb. Düşünürəm ki, onu tamamlamaq üçün çox yaxşı şansımız var”, – Tramp “Axios”a qısa telefonla müsahibəsində bildirib.

Eyni zamanda, portal qeyd edib ki, Tehran İranın danışıqlarda iştirakını təkzib edir və Trampın əsl niyyətinin müharibəni yenidən başlamaq ola biləcəyini hesab edir.

Bazar günü İranın dövlət teleradio şirkəti (IRIB) planlaşdırılan danışıqlar barədə məlumatları təkzib edərək bildirib ki, Tramp administrasiyasının “əsassız və qeyri-real tələbləri, tez-tez mövqe dəyişikliyi, daimi ziddiyyətlər” və Hörmüz boğazında İran limanlarının davam edən blokadası “məhsuldar danışıqlar üçün heç bir aydın perspektiv qoymur”./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05