Tramp: “Kim raket sınaqlarını sevir”

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In raket sınaqları keçirməyi sevir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ rəhbəri bu fikirləri Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

Məlumata görə, dövlət başçısından soruşublar ki, Kim Çeni In Trampa rəsmi Pxenyanın raketləri işə salması bu həftənin başlanğıcında, birgə ABŞ-Cənubi Koreya təlimləri bitdikdən sonra qurtaracağı barədə vəd verdikdə ABŞ prezidentini aldadıbmı? “Yox, mən belə düşünmürəm. O, raket sınaqlarını sevir”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib.

Qeyd edək ki, KXDR növbəti dəfə ballistik raket buraxıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa