Tramp necə İran tələsinə düşdü? – Vaşinqton addım-addım yeni böhrana sürüklənir - Təl-Əviv FAKTORU

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın İran əməliyyatına yaşıl işıq yandırması həm Vaşinqtonda, həm də beynəlxalq arenada ciddi müzakirələr doğurub.

media-banner_tuq

Əməliyyatın əsas arqumenti Tehran rəhbərliyinin nüvə silahı istehsalına yaxınlaşması iddiası idi. Lakin nüvə sahəsində çalışan bir sıra beynəlxalq mütəxəssislər İranın faktiki olaraq nüvə silahı istehsal etdiyini təsdiqləyən konkret sübutun olmadığını bildirirlər. Bu isə “Tramp İsrailin təzyiqi ilə tələyə düşdü” fikrini gücləndirir.

Nüvə tapmacası və ziddiyyətli açıqlamalar

ABŞ kəşfiyyatına yaxın bəzi mənbələr İranın hazırda nüvə silahı istehsal etmədiyini açıq şəkildə dilə gətirib. Tehran isə rəsmi olaraq nüvə proqramının dinc məqsəd daşıdığını və beynəlxalq nəzarət mexanizmlərinə açıq olduğunu bəyan edib. Hətta Cenevrədə mümkün nəzarət planı ilə bağlı təkliflərin müzakirə edildiyi deyilir.

Buna baxmayaraq, Ağ Evin hərbi əməliyyat qərarı diplomatik kanalların tam tükənmədiyi bir mərhələdə verildi. Bu isə tənqidçilərə görə, Vaşinqtonun strateji səbir göstərmədiyini və İsrailin təhlükəsizlik prioritetlərini öz milli maraqlarından üstün tutduğunu göstərir.

ABŞ etibar itirəcək

Bəzi beynəlxalq ekspertlər hesab edirlər ki, əgər İranın nüvə silahı istehsal etdiyi sübut olunmasa, bu əməliyyat uzunmüddətli perspektivdə ABŞ rəhbərliyi üçün reputasiya itkisinə çevrilə bilər. Xüsusilə də Tramp seçki kampaniyalarında xarici müharibələri tənqid etmiş, “ABŞ əsgərləri artıq tabutlarda qayıtmayacaq” mesajı vermişdi. İndi isə mümkün itkilər və bölgədə genişmiqyaslı qarşıdurma ehtimalı onun əvvəlki ritorikası ilə ziddiyyət yaradır.

Regionda alov, Vaşinqtonda siyasi risk

İranın ali dini lideri Əli Xameneinin hədəf alınması regionda gərginliyi pik həddə çatdırıb. Bu hadisə qısa müddətdə Benyamin Netanyahu və Tramp tandemini “qətiyyətli lider” kimi göstərə bilər. Amma uzunmüddətli ssenaridə vəziyyət fərqli ola bilər.

Hörmüz boğazından gündə təxminən 20 milyon barel neft daşınır. Əgər İran və ya ona yaxın qüvvələr bu xətti risk altına atsa, enerji qiymətlərində kəskin artım qaçılmazdır. Neftin qiymətinin 130 dolları keçməsi ABŞ-də inflyasiyanı yenidən alovlandıra bilər. Bu isə ara seçkilər ərəfəsində Respublikaçılar üçün ciddi siyasi yük deməkdir.

Ən pis ssenari nədir?

Ən riskli variant əməliyyatın qısa və məhdud qalmaq əvəzinə, uzanmasıdır. ABŞ hərbi baxımdan üstün olsa da, İranın regiondakı proksi qüvvələri, raket imkanları və enerji yollarına təsir potensialı var. Uzanan münaqişə həm maliyyə, həm də insan itkisi baxımından Vaşinqton üçün ağır nəticələr doğura bilər.

Belə bir durumda “Tramp tələyə düşdü” iddiası daha da güclənəcək. Əgər Ağ Ev qısa müddətdə gərginliyi azalda və diplomatik çərçivəyə qayıda bilsə, bu addım daxili siyasətdə zərəri minimuma endirə bilər.

Hazırda əsas sual budur: əməliyyat sürətli və məhdud qalacaq, yoxsa ABŞ-ni yeni və uzun bir Yaxın Şərq bataqlığına sürükləyəcək? Cavab yalnız hərbi meydanda deyil, enerji bazarında və noyabrda seçki qutusunda da veriləcək.

“Yeni Çağ” Təhlil Qrupu

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05