Tramp Rusiya ilə Ukraynanı barışdırmaq istəyir

media-hightechnic-468x90

Rusiya və Ukrayna diplomatiya yolunu seçməli və münaqişənin həlli üçün saziş imzalamalıdır.

Yenicag.az xəbər verir  ki, bunu  ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

Tramp hər iki tərəfin sülh müqaviləsinə ehtiyacı olduğunu, bu həllin ən yaxşı ssenari olacağını vurğulayıb.

ABŞ-ın keçmiş prezidenti həmçinin danışıqlar qrupuna rəhbərlik edə biləcəyini bildirib. Rusiya və Ukrayna hələ ki, Trampın təklifinə cavab verməyib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə telefon danışığı zamanı bildirib ki, Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarında vasitəçi olmağa hazırdır./Unikal/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa