!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Ukrayna məsələsində şərtlərini DİKTƏ EDİR: “Belə bir razılaşma olsa...”

!Reklam – Yazi

“Düşünmürəm ki, ABŞ-nin siyasəti ani olaraq hansısa anda dəyişilsin. Biz bilirik ki, ABŞ sistemli şəkildə idarə olunan bir ölkədir. Baxmayaraq ki, Tramp qeyri-sistemli oyunçudur”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Nadir Şəfiyev deyib.

Siyasi təhlilçi Trampın hakimiyyət gəlməsinə10 gün qalmış müddətdə Ukrayna ilə bağlı ABŞ-nin atacağı addımları şərh edib.

Qeyd edək ki, Kremlin strateqi Aleksandr Duqin bu məsələyə ilə bağlı deyib ki, Tramp vəzifəyə gələndən dərhal sonra Ukraynanı “tərk edəcək”. Onun sözlərinə görə, Ukrayna ABŞ-nin marağında deyil, əksinə, bu, sadəcə, Baydenin və ABŞ “dərin dövlət”inin marağında olub.

Həmsöhbətimiz N. Şəfiyev isə prosesləri belə şərh edib:

“O ki qaldı Vaşinqtonun Ukraynaya münasibətinə, burada əsas məqam odur ki, Tramp ABŞ-nin maraqlarına necə xidmət edirsə, o mövqedən də çıxış edəcək. Əgər Rusiya hansısa məsələlərdə ABŞ-nin xeyrinə qərarlar qəbul edəcəksə, onda proseslər dəyişə bilər. Yəni Tramp desə ki, “mən Ukraynaya yardımları azaldıram, yaxud dayandırıram, bunun müqabilində isə Rusiya mənə nələrisə təqdim etməlidir”. Belə bir razılaşma olsa, Tramp bu işi görə bilər, əks halda, yox”.

Analitik əlavə edib ki, Trampın öz mövqelərinə gəldikdə isə Qrenlandiya ilə bağlı məsələlərdə onun sırf hərbi maraqları mövcuddur:

“Bu hərbi maraqlar isə Qrenlandiyada məhz Rusiyanın gücünün məhdudlaşdırılmasına qarşı yönəlib. Belə olan halda, o, Rusiyanın başının açılmasına şərait yarada bilər yanaşması, mənə elə gəlir ki, düzgün deyil. Nəhayət, onu nəzərə almaq lazımdır ki, Tramp kifayət qədər ekstravaqant siyasətçidir. Onun bu gün dediyi ilə sabah etdikləri üst-üstə düşməyə bilər. Ona görə də Ukrayna ilə bağlı onun hansı addımları atacağını demək çox çətindir. Hələ ki Tramp ilk addımlarını atmağa başlamayıbsa, inauqurasiyası başlamayıbsa, bütün bunları söyləmək bir az qəlizdir. Ona görə də bu məsələyə haradasa yanvarın sonu, fevralın əvvəlləri, yəni Trampın 10-15 günlük fəaliyyəti dövründə konkret nə isə demək mümkündür”.

Rafi Müslümov

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv