Tramp: "USAİD-i radikal dəlilər idarə edir"

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp USAİD rəhbərliyinin radikal dəlilərdən ibarət olduğunu və ABŞ-ın onlardan qurtulacağını bildirib.

Yenicag.az xəbər verir ki, o, bu barədə Amerika mətbuatına sözügedən qurumda auditin aparılması ilə bağlı məlumatları şərh edərkən deyib.

“USAİD-i radikal dəlilər idarə edir və onları uzaqlaşdıracağıq, sonra qərar verəcəyik”, – o bildirib.

Qeyd edək ki, ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Maks USAİD-i “cinayətkar təşkilat” adlandırıb./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa