Tramp yenidən Mertsi tənqid edib: "O, tamamilə faydasız oldu"

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsin Yaxın Şərqdəki vəziyyətin dünya iqtisadiyyatı üçün mənfi nəticələri barədə açıqlamalarından sonra yenidən onu sərt şəkildə tənqid edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Tramp “Truth Social”dakı bəyanatında Mertsi ABŞ-nin Yaxın Şərqdəki işlərinə qarışmamağa çağırıb.

“Almaniya kansleri vaxtını daha çox Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına – harada ki, o, tamamilə faydasız oldu – və dağıdılmış ölkənin bərpasına, miqrasiya və energetika məsələlərinə ayırmalıdır. İranın nüvə təhlükəsini aradan qaldıran və bununla da dünyanı, o cümlədən Almaniyanı daha təhlükəsiz yerə çevirən işlərə isə daha az qarışmalıdır”, – Tramp yazıb.

Qeyd edək ki, kansler münaqişənin dünya iqtisadiyyatı, o cümlədən Almaniyanın özü üçün mənfi nəticələr verdiyini bildirərək, ABŞ və İsrailin İrana qarşı əməliyyatını dəfələrlə tənqid edib. Tramp isə Mertsi ABŞ-nin işlərinə qarışmaqda və İranın nüvə proqramını dəstəkləməkdə ittiham edib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05