Trampdan ANONS: "Növbəti 24 saatda tariflər artacaq"
ABŞ Prezidenti Donald Tramp, Rusiyadan neft aldığı üçün hədəf alınan Hindistan üçün “növbəti 24 saat ərzində tarifləri əhəmiyyətli dərəcədə artıracağam” dedi və bu açıqlama ilə qlobal ticarət səhnəsində gərginliyi yenidən artırdı.
Donald Tramp, Hindistanın “ən yüksək gömrük tarifinə malik ölkə” olduğunu qeyd edərək, Rusiyadan aldığı neft səbəbindən Hindistana qarşı tariflərin artırılacağını açıqladı.
Tramp, sosial media platforması CNBC-də verdiyi açıqlamada “Hindistana tətbiq edilən tarifləri növbəti 24 saat ərzində əhəmiyyətli dərəcədə artıracağam” ifadəsini işlətdi.
Rusiyanın Ukraynaya qarşı müharibəsinə dolaylı şəkildə istinad edən Tramp, enerji bazarındakı qiymətlərin müharibə ilə əlaqəli olduğunu iddia edərək bunları söylədi:
“Əgər enerji qiymətləri düşərsə, Putin insanları öldürməyi dayandıracaq.”
Tramp eyni açıqlamasında Çinlə münasibətlərinə də toxundu. Çin Prezidenti Şi Cinping ilə “çox yaxşı münasibətləri” olduğunu qeyd edən Tramp, “Bəlkə ilin sonuna qədər bir razılaşma edəriksə, görüşmə təşkil edəcəyəm… Amma razılaşmaya çox yaxınıq. Çin ABŞ-a çox asılıdır” dedi.
Tramp NATO barədə danışarkən, “NATO liderləri istədiyim hər şeyi edir” dedi.
Həmçinin Tramp, yenidən namizəd olub-olmayacağı ilə bağlı sualına diqqət çəkən bir cavab verdi:
“Bəlkə də yenidən namizəd olmayacağam.”
Məsimə Məmmədova