!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampdan sərt çağırış: “Həbs edilsin!”

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp prezidentliyə keçmiş namizəd Hillari Klintonun köməkçisini həbs etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, “Ağ Ev” lideri bu barədə “twitter” səhifəsində qeyd edib. Xanım köməkçi müəssisədaxili elektron məktubları fərdi kompüterlərə göndərməkdə ittiham olunur.

“Hillarinin köməkçisi Humu Abedin elementar təhlükəsizlik protokoluna riayət etməməkdə ittiham olunur. O gizli parolları xarici agentlərin əlinə verdi… Həbs olunsun!”, – deyə Tramp bildirib.

Xatırladaq ki, bir müddət öncə Klintonun yazışmalarıyla bağlı işi araşdıran FTB rəhbərinin müavini Endryu Makkeybin vəzifəsindən istefa verə biləcəyinə dair xəbər yayılmışdı.

Ötən il Humu Abedinin əri Entoni Viner intim fotolar göndərdiyi üçün 21 ay həbs cəzasına məhkum olunub.

COP29

www.yenicag.az

2346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv