Trampdan “Tehranı boşaldın” MESAJI – Nüvə müharibəsi GERÇƏKLƏŞİR?

media-hightechnic-468x90

“ABŞ-nin müharibəyə qoşulmaq fikri yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert, jurnalist Kənan Rövşənoğlu bildirib.

media-kenanrosvenoglu

O, Donald Trampın İrana “Tehrana boşaldın!” mesajından sonra Tehranda çoxsaylı vətəndaşların ölkəsini tərk etməsini şərh edən ekspert bildirib ki, ABŞ hazırda müharibəyə birbaşa yolla qatılmaq istəməsə də, dolayı yolla müharibənin içindədir:

“ABŞ hökuməti açıqladı ki, Tramp bu çağırışı “nüvə danışıqlarına dönmə ehtiyacının artması” ilə izah edir. Nüvə zərbəsi blefdir, çünki bunun çox ağır nəticələri ola bilər. Özü də təkcə İran üçün deyil, həm də region üçün. Hazırda bunun üçün heç bir əsas da yoxdur. Bu çağırışı daha əvvəl İsrailin müdafiə naziri və baş naziri də edib və məqsədin dinc əhalinin zərər görməməsi olması ilə əsaslandırıb. Lakin əsas səbəb təbii ki, İranda xaotik vəziyyət yaratmaq və daxili sabitliyi pozmaqdır. ABŞ-nin hələlik İrana qarşı hərbi əməliyyatlara qoşulmaqla bağlı bəyanatı yoxdur. Lakin gələn məlumatlar budur ki, ABŞ hərbi aviasiyası və HHM sistemləri qurudan və dənizdən İsrailə dəstək verir. İsrail aviasiyası havada ABŞ təyyarələrindən yanacaq doldurur”.

Ekspert qeyd edib ki, Qərb müharibəni dayandırmaq üçün İrana təzyiq göstərsə də, müharibəni başladan tərəf kimi İsrail dayandırmalıdır:

“Hər kəsə aydındır ki, İranı bir neçə günə məğlub eləmək mümkün olmayacaq, üstəlik, müharibənin uzanması hər iki tərəfdə fəlakəti daha da böyüdəcək. Bu səbəbdən də bir yerdə dayanmaq lazımdır. Qərb-ABŞ İrana təzyiq edərək dayandırmağa çalışır. Ancaq aydındır ki, hərbi əməliyyatları birtərəfli şəkildə dayandırmaq mümkün deyil, İsrail hücum edən tərəf olduğu üçün əməliyyatı dayandırmalıdır. Görünür ki, son bəyanatlar da buna zəmin hazırlamaq üçündür. Nüvə zərbəsini inandırıcı görmürəm. Çünki cavab olaraq İran da İsrailə məxsus AES-i vura bilər ki, bu da ciddi fəlakətə səbəb ola bilər. Yəni hələlik görünən odur ki, hər iki tərəf bu cür fəlakət ssenarilərindən qaçır”.

Nurlan Cəfəri

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600