ABŞ prezidenti Donald Tramp özünün prezidentliyi dövründə Vaşinqtonla Pxenyan arasında münasibətlərin yaxşılaşdığını bildirib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kim Çen İnla münasibətlərindən danışarkən ABŞ prezidenti qeyd edib.
Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri Qərbi Virciniyadakı çıxışında Kim Çen Inla münasibətlərinin durmadan yaxşılaşdığını vurğulayıb. “Şimali Koreya ilə münasibətlərimiz əladır. Mən prezident vəzifəsinin icrasına başlayanda Pxenyana qarşı olduqca sərt mövqe tuturdum. İndi isə bizim münasibətlərimiz əladır. Baxaq sonra nə olacaq”, – deyə Tramp əlavə edib.
Trampın sözlərinə görə, Kim ondan əvvəlki ABŞ prezidentlərinin telefonlarına belə baxmırdı: “Obama hakimiyyəti mənə ötürərkən, Şimali Koreya ilə savaş ərəfəsindəydik, indi isə vəziyyət tam dəyişib”.
“Əvvəlcə bir-birimizə qarşı çox sərt idik. Lakin sonra diskussiya başladı. Biz bir-birimizə məktub yazmağa başladıq. Əla idi. Daha sonra biz bir-birimizi sevdik, aşiq olduq”, – deyə Tramp fikirlərini sonlandırıb.
www.yenicag.az