Trampın ədliyyə nazirliyinə namizədinin seks və narkotik qalmaqalı - Hesabatda nələr var?

media-hightechnic-468x90

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın ədliyyə nazirliyi və baş prokurorluğa namizəd göstərdiyi Met Qetsin çirkin əməlləri üzə çıxıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, bu barədə sübutlar Nümayəndələr Palatasının Etika Komitəsi tərəfindən hazırlanan hesabatda öz əksini tapıb.

Hesabatda Qetsin narkotik maddələrə və fahişələrə pul xərclədiyi vurğulanıb.

Bildirilib ki, o hətta yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub. Qetsin həmçinin bahalı hədiyyələr qəbul etdiyi qeyd olunub.

Qets isə bütün bu iddiaları rədd edib.

Xatırladaq ki, Qets nazir postuna namizəd göstərildikdən sonra konqresdən istefa vermişdi. Daha sonra onun namizədliyi məsələsi gündəmdən düşmüşdü.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa