Trampla bağlı MİF DAĞILDI – Müharibələri dayandıra BİLMƏDİ
“Bir çoxu “müharibələri dayandıra biləcək adam varsa, o da Trampdır” düşüncəsində idi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, ABŞ prezidenti Donald Trampın seçki zamanı verdiyi vədləri niyə gerçəkləşdirə bilmədiyindən danışıb.
Politoloq vurğulayıb ki, Tramp nəyin ki Rusiya-Ukrayna müharibəsini dayandıra bildi, indi onun prezidentliyi dövründə həmçinin İsrail-İran müharibəsi başladı.
“Birmənalı olaraq hazırda Yaxın Şərqdə müharibə gedir. Çünki hər iki tərəfdən hərbi arsenalda olan bütün güclər və resurslar səfərbər olunur. Bu isə o deməkdir ki, siyasilərin seçki öncəsi verdiyi vədlərlə real praktiki gedişlər tamamilə fərqlidir. Trampın seçkidən öncəki və qələbə qazandıqdan sonra inauqurasiya prosesinə qədərki dövrünə baxdıqda əsirlərin dəyişdirilməsi, HƏMAS-İsrail arasında atəşkəsin imzalanması kimi hadisələrlə qarşılaşırıq. Bu da onun haqqında bütün dünyada fikir formalaşdırmışdı. Belə ki, bir çoxu “müharibələri dayandıra biləcək adam varsa, o da Trampdır” düşüncəsində idi”.
“Lakin reallıq tamamilə başqadır. Tramp bu gün müharibələri dayandırmaq gücündə deyil. Sadəcə olaraq ABŞ vasitəçi aktoruna çevrilir. Digər tərəfdən müharibələrdə də iştirak edir. Bu isə məsələnin nə qədər ciddi olduğundan xəbər verir. Problemin həlli üçün bir an öncə bütün dövlətlərin danışıqlar masasına əyləşməsi və tarixi razılığa gəlməsi vacibdir”, – deyə o fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli