Ümumi Daxili Məhsulu (ÜDM) 1 trilyon dolları keçən ölkələrin sırasına biri də əlavə olunur.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, dünya bazarında neftin bahalaşması ilə əlaqədar gəlirləri artan Səudiyyə Ərəbistanında 2022-ci il üzrə ÜDM-in 1 trilyon dollardan çox olacağı proqnozlaşdırılır.
“Forbes”in yazdığına görə, 2021-ci ildə ÜDM-i cəmi 834 milyard dollar olan Səudiyyə Ərəbistanı bu göstərici üzrə dünyada 19-cu yeri tuturdu.
Lakin bu il neftin kəskin bahalaşması Səudiyyə Ərəbistanının gəlirlərinin artmasına və ÜDM-in 1 trilyon dolları keçməsinə zəmin yaradıb.
Qeyd olunur ki, son bahalaşma dalğasında ölkənin neft gəlirlərində 90 faizlik artım qeydə alınıb, iqtisadiyyat isə 11,8 faiz böyüyüb.
www.yenicag.az