Tural Abbaslı: “Qubad İbadoğlu narazıları parçaladı” – Özəl

media-hightechnic-468x90

yenicag_musAVAT“DRH-in elan olunmasından sonra, partiya daxilindəki narazılar arasında bir qeyri-müəyyənlik formalaşıb”

 Müsavat başqanlığa sabiq namizəd Tural Abbaslı digər sabiq namizəd olan Qubad İbadoğlunun yaratdığı “Demokratiya və Rifah hərəkatı”nın hazırki rəhbərlikdən  narazı olanlar arasında parçalanma yaratdığı qənaətindədir.

Bunu Yenicag.az-a açıqlamasında Tural Abbaslı bildirdi: “Qubad bəy və ətrafı “Demokratiya və Rifah” hərəkatını yaradanda qeyd etmişdik ki, onun yaranması partiya daxili narazıların parçalanması və gücün başqa istiqamətə yönəlməsinə xidmət edəcək. Narazılar bildiyiniz kimi, qurultaydan və ondan sonrakı partiya daxili proseslərdən narazıdır. Bu narazılıqların həllinin yeri və məkanı partiya daxilində olmalıdır. Odur ki, biz bu hərəkatın indiki mərhələdə yaradılmasını məqsədəuyğun hesab etmirik və ümumiyyətlə, bu güc partiya daxilində qoyulsaydı zənnimcə, daha səmərəli olardı.  Çünki, Azərbaycanda siyasi vəziyyət indi elədir ki, heç bir yeni siyasi qüvvənin və ya hərəkatın siyasi arenada yer tutmasına şərait yoxdur. Buna nə hakimiyyət imkan verəcək. Nə də ki, xalqın müxalifətə dəstəyi o dərəcədə  deyil ki, yaranan yeni birliklər artıq illərdir siyasi arenada fəaliyyət göstərən qurumlarla rəqabət apara bilsin. Mən və məni dəstəkləyənlər isə yenə də narazılığımızı partiya daxilində bildirir, mübarizəni bu çərçivədə aparırıq. Qubad bəyin yaratdığı hərəkatın elan olunmasından sonra, partiya daxilindəki narazılar arasında bir qeyri-müəyyənlik formalaşıb. Bildiyiniz kimi, əvvəl birgə fəaliyyət göstərirdik. Amma indi onlar partiyadan kənar fəaliyyət göstərir, biz isə partiya daxilində. Bunun da nəticəsində insanların bir çoxu qeyri-müəyyən vəziyətdədir. Ona görə də, bu məsələlərdə zamana ehtiyac olduğunu düşünürük”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600