Turizm rekreasiya zonalarında hotel tikiləcək

media-hightechnic-468x90

Azərbaycanda yeni yaradılan turizm rekreasiya zonalarında yeni mehmanxanalar tikiləcək. Mədəniyyət və Turizm Nazirliyindən (MTN)  Yenicag.Az-a verilən məlumata görə, həmin zonalarda infrastruktur işlərininn yenilənməsi baş inkişaf planlarına uyğun həyata keçiriləcək.

media-banner_tkm

Bildirilib ki, baş inkişaf planlarının hazırlanması üçün ekspertlərin cəlb olunması nəzərdə tutulur. Hazırda Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarının ərazisində turizm və rekreasiya zonalarının hüdudları daxilində yerləşən dövlət, bələdiyyə və özəl torpaq sahələri, istifadəçiləri və icarədarlarının müəyyən edilməsi və turizm ehtiyatlarının inventarlaşması üzrə işlər aparılır. Bu məqsədlə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup da yaradılıb.

Qeyd edirik ki, MTN-nin müvafiq əmri ilə Qusar Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurası yaradılıb. Həmçinin, Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə fəaliyyət planı hazırlanıb.
Xatırladaq ki, Nazirlər Kabineti “Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında” qərar qəbul edib.

Yenicag.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05