!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk ekspert: "Mattis Türkiyədən intiqam almağa çalışır"  

!Reklam – Yazi

“Afrindən Mənbicə qədər olan torpaqlarda keçiriləcək əməliyyatlar ABŞ-ın Yaxın Şərqdə əl-qolunu bağlayacaq”.

Bu sözləri “Habertürk” və “CNN Türk”ün siyasi şərhçisi, Yaxın Şərq məsələləri üzrə ekspert Nevzat Çiçek “Zeytun budağı” əməliyyatının 17-ci günündə yaranan vəziyyəti Yenicag.az-a şərh edərkən deyib.

Nevzat Çiçek

“Türkiyə bütün amilləri nəzərə alaraq, başladığı “Zeytun budağı” əməliyyatını uğurla sona çatdıracaqdır. Afrindən Mənbicə qədər olan torpaqlarda keçiriləcək əməliyyatlar ABŞ-ın Yaxın Şərqdə əl-qolunu bağlayacaq. ABŞ-ın Türkiyəyə qarşı pis münasibəti AKP-nin hakimiyyətə gəldiyi ilk aylardan başlayıb. ABŞ Silahlı Qüvvələrinin İraqı işğal etməyə hazırlaşdığı bir dövrdə TBMM ABŞ-la əməkdaşlığı nəzərdə tutan qanun layihəsini təsdiqləmədi. ABŞ ordusunun komandiri və Donald Tramp hökumətində müdafiə naziri vəzifəsini icra edən Mattis 1 mart 2003-cü ildə baş verən bu hadisəni hələ də unutmayıb. O, intiqam almağa çalışır.

Türkiyənin qətiyyətli addımları nəticəsində ABŞ Soçi Zirvəsi və onun ətrafında cərəyan edən siyasi proseslərdən kənarda qaldı. Bu isə TSK-nın Afrində həyata keçirtdiyi əməliyyatlara öz müsbət təsirini göstərdi. ABŞ ikitərəfli müqavilələr və NATO çərçivəsində əməkdaşlığın tələb etdiyi şərtləri yerinə yetirməsə, Türkiyə əlində olan bütün “kozur”ları istifadə etməkdən çəkinməyəcək”.

www.yenicag.az

2288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv