Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türk Hava Yolları iftar verdi

“Türk Hava Yolları”nın Bakı nümayəndəliyi “Hilton” otelində iftar verib.

Yenicag.az xəbər verir ki, iftar süfrəsində Azərbaycanın rəsmi qurum təmsilçiləri, başqa ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, millət vəkilləri, iş adamları, turizm agentliklərinin rəhbərləri və media nümayəndələri qonaq edildi.

İftarda Türk Hava Yolları Bakı ofisinin müdiri Seyfullah İlyas Azərbaycan Milli Aviasiyasının 80-ci illiyini təbrik edərək, Türk Hava Yollarının ən önəmli istiqamətlərindən olan Bakıya günlük 4 səfər icra edildiyini bildirdi. Mütəmadi olaraq uçuş keyfiyyətini artırıldığını vurğulayan Seyfullah İlyas, çox yaxın gələcəkdə Türk Hava Yollarının müəyyən edilmiş xüsusi istiqamətlərə olan uçuşlarındakı tranzit saatlarında İstanbulda ekonom klas sərnişinləri üçün 1 gecə, biznes klas sərnişinləri üçün isə 2 gecə ödənişsiz otel təmin ediləcəyi barədə məlumat verdi.

Seyfullah İlyas bildirdi ki, Türk Hava Yolları üçün 2018-ci ildə ən böyük yenilik 29 Oktyabr tarixində yeni hava limanının açılışı olacaq. “Bütün işlər tamamlandıqdan sonra illik 200 milyon sərnişin daşıma potensialı ilə dünyanın ən böyük hava limanı İstanbulda olacaq. 2023-cü ildə təyyarə düşərgəsinin 450 təyyarədən ibarət olması hədəfinin həyata keçirilməsi, yeni business lounge xidməti və yerüstü xidmət şirkətinin inkişafı ilə şirkətin ümumi xidmət keyfiyyəti daha üst səviyyələrə çıxacaq. Son olaraq, Azərbaycan və Türkiyə münasibətlərinə hər zaman dəstək verməyi üstün tutan Türk Hava Yollarının 1 İyun tarixindən etibarən Azərbaycanın ən köklü futbol komandası olan Neftçi İdman Klubu ilə sponsorluq müqaviləsi imzalanıb”.

İftar süfrəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, Azərbaycan Prezident Administrasiyasının məsul işçisi Bəhruz Həsənov, millət vəkili Qənirə Paşayeva, ATİB başqanı Cemal Yanğın, TUİB başqanı Hüseyin Büyükfırat iştirak edib.

Loading...

www.yenicag.az

1050
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100