Türk müğənnisi nitq qabiliyyətini itirdi

media-hightechnic-468x90

ibrahim_tatlisesTürkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs keçirdiyi son əməliyyatdan sonra danışıq qabiliyyətini itirib.

Məlumata əsasən, bu açıqlamanı müğənninin həyat yoldaşı Ayşəgül Yıldız verib.

O da qeyd olunur ki, Tatlısəs üzərində əməliyyat aparan həkimdən 50 min lirəlik təzminat tələb olunub.

Qeyd edək ki, Tatlısəs 2011-ci il martın 14-də silahlı hücuma məruz qalmışdı. Müğənni həyatına sui-qəsd zamanı başından ağır güllə yarası almış, assistenti isə çiynindən vurulmuşdu.

Keçən il mart ayında Tatlısısə qarşı sui-qəsdin sifarişçisi Abdullah Uçmaka 35 il 6 ay həbs cəzası verilib. Müğənnini güllələyən Ersin Altun isə 28 il azadlıqdan məhrum edilib(trend).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05