Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türk serialında AFFA loqosu - Qurumdan AÇIQLAMA

Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümündə AFFA-nın loqosu olan geyimlərdən istifadə olunub.

Yenicag.az xəbər verir ki, futbol qurumu məsələ ilə bağlı açıqlama yayıb.

“Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu.

Bununla bağlı AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşmanın olmaması nəzərə alınaraq, serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb.

Qeyd olunub ki, gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin”, – açıqlamada deyilir.

www.yenicag.az

254
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100