“Son iki ildə Azərbaycan Türkiyəyə 14 milyard dollar, Türkiyə isə Azərbaycana 12 milyard dollar investisiya qoyub”.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bunu “Turkish Petroleum” şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Melih Han Bilgin “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı deyib.
M. Bilginin sözlərinə görə, Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır:
“Bu ilin ikinci rübündə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi yarım milyard dollara çatıb. Azərbaycan Türkiyənin bütün sahələrdə ən böyük tərəfdaşlarından biridir. Türkiyə Azərbaycanın bir sıra iri miqyaslı layihələrində iştirak edib. Ən çətinlərindən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə artıq işə düşüb. Türkiyə və Azərbaycan birlikdə enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq sazişini genişləndirmək niyyətindədir”.
www.yenicag.az