Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə ABŞ-a nota verdi

Reklam: High Technic

“Rusiya ilə əldə edilmiş razılaşmaya əsasən, terrorçuların Suriyanın şimalından geri çəkilməsi üçün müvafiq addımları atacağıq”.

Yenicag.az-ın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Ölkəsinin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan nazir bildirib ki, bu gün Türkiyədə 3 milyondan çox suriyalı qaçqın var: “Onların təhlükəsiz şəraitdə torpaqlarına qayıtmaları üçün lazımı işlər həyata keçiriləcək. Biz Suriyanın ərazi bütövlüyü ilə bağlı təhlükəli oyunu pozduq. Bu baxımdan “Barış bulağı” hərəkatı uğurlu oldu”.

Türkiyə XİN başçısı qeyd edib ki, axtarışda olan Mazlum Kobani (Fərhad Abdi Şahin və ya Şahin Cilo) ilə görüşün keçirilməsi qəbuledilməzdir: “Bununla bağlı ABŞ-a nota verilib. Mazlum Kobani terrorçudur. Müttəfiqlərimizin axtarışda olan terrorçu ilə görüşməsi qəbuledilməzdir. Bizim üçün PKK, YPG, İŞİD, FETÖ hamısı terror təşkilatlarıdır”.

www.yenicag.az

1590
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100