!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə BMT-ni tənqid etdi

!Reklam – Yazi

Türkiyə Birləşmiş Millətlər Təşkilatını mövcud qlobal problemlərin həllində lazımi rəhbərliyin olmamasına görə tənqid edib və təşkilatda hərtərəfli islahatlara – daha ədalətli, əhatəli və effektiv modelin yaradılmasına çağırıb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“BMT artan təhlükələrə qarşı liderlik nümayiş etdirə bilmir. Qlobal problemlərin kollektiv həlli üçün yeni effektiv struktur lazımdır”, – deyə Fidan bildirib.

Türkiyəli nazir vurğulayıb ki, dünya birliyinin böhran və münaqişələrin həlli üçün həll yolları istehsal etmək imkanları getdikcə azalır, gəlir bölgüsündə ədalətsizlik dərinləşir.

“Bizə daha ədalətli, əhatəli və səmərəli çoxtərəfli model lazımdır. Birləşmiş Millətlər Təşkilatında, xüsusən də Təhlükəsizlik Şurasında hərtərəfli islahatlara ehtiyac var”, – deyə o bildirib./unikal

COP29

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv