“Türkiyə ciddi addımlar atacaq”

media-hightechnic-468x90

şşşşşllllöTürkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Mosulda türk diplomatlarının İraqda terrorçular tərəfindən girov götürülməsi ilə bağlı Bakıda bəyanat verib.

Cəmil Çiçək bəyanatını bu gün Bakıda keçirilən TürkPA Şurasının iclasında elan edib.
TBMM-in sədro çıxışında İraqın Mosul şəhərində 49 tükr diplomatının terrorçular tərəfindən girov götürülməsini sərt şəkildə pisləyib:

“İŞİD (İraq Şam İslam Dövləti) Mosuldakı konsulluğumuzun baş konsul başda olmaqla 49 əməkdaşını girov götürüb. Bundan əlavə, bu təşkilat iki gün öncə Kilic keçid məntəqəsində 31 vətəndaşımızı girov götürüb.Biz İraqda tez bir zamanda sülhün və sabitliyin bərqərar olmasını arzulamaqla yanaşı, ən qısa zamanda türk vətəndaşlarının azad edilməsi istiqamətində fəaliyyət göstəririk.Biz Türkiyə olaraq baş verən hadisələri şiddətlə pisləyir və bunu insanlığa qarşı hərəkət hesab edirik. Əgər vətəndaşlarımız qısa zamanda azad edilməzsə, Türkiyə ciddi addımlar atacaq.Biz bunu bağışlamayacağıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600