Türkiyə-Ermənistan sərhədi açılır?

media-hightechnic-468x90

61ff8df47a7857dc0cdae3f3eb1eb25a“Sentyabr ayında Ermənistanla sərhədin açılacağına dair iddianın heç bir əsası yoxdur”.

Bu sözləri  Türkiyə prezidenti yanında xarici məsələlər üzrə məşvərət şurasının üzvü, səfir Gürcan Türkoğlu deyib.

“Türkiyə-Ermənistan sərhədinin sentyabrda açılacağına dair Türkiyə mətbuatında iddialar ortaya atılır. Bunlara nə dərəcədə inanmaq olar?” – sualına G. Türkoğlu belə cavab verib: “Bu xəbərlərin heç bir əsası yoxdur. Xarici İşlər Nazirliyinin bunu təkzib etməsi də iddiaların boş olduğunun göstəricisidir. İğdırdan Ermənistanla sərhəddəki Əlican gömrük məntəqəsinə qədər olan yola asfalt döşənməsi sərhədin açılması üçün deyil, bölgədəki əhalinin rahat hərəkət edə bilməsi üçün edilib”.

Qeyd edək ki, səfir Gürcan Türkoğlu A. Gülün istər xarici işlər naziri, istərsə də prezident olduğu dövrdə ona ən yaxın diplomatlardan biri olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600