Türkiyə hökumətindən kabinet dəyişikliyi iddialarına cavab

media-hightechnic-468x90

Bir sıra mətbu orqanlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 nazirin işinə xitam verəcəyi və ya yerini dəyişəcəyi barədə iddialar yayıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, kabinet dəyişikliyi iddiası Türkiyə gündəmini bir anda zəbt edib. Prezidentin mətbuat katibi İbrahim Kalın bu iddialara cavab verib. O, hökumətin gündəmində belə bir məsələ olmadığını bildirib:

“Bəziləri yenə söz-söhbət dalınca qaçır. Hal-hazırda kabinet dəyişikliyi məsələsindən söhbət gedə bilməz. Gecə-gündüz çox yaxşı işləyən bir hökumətimiz var və ölkədəki bütün məsələləri dərindən bilir. Gündəmdə belə bir şey yoxdur”.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600