Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalandı

media-hightechnic-468x90

ürkiyə ilə Böyük Britaniya arasında strateji tərəfdaşlığı möhkəmləndirməyi, yaxın dialoq vasitəsilə güclənən əməkdaşlığın əhatə dairəsini genişləndirməyi hədəfləyən “Strateji tərəfdaşlıq çərçivə sənədi” imzalanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə naziri İvett Kuper ilə görüşüb.

Görüşdən sonra Türkiyə Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında “Strateji tərəfdaşlıq çərçivə sənədi” imzalanıb.

Qeyd edilib ki, bu sənəd, Türkiyə ilə Böyük Britaniya arasında müdafiə, ticarət və enerji kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib və iki ölkə arasında strateji əlaqələrin dərinləşdirilməsi məqsədi daşıyır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05