Türkiyə-İran sərhədində uzun növbələrə səbəb
İranın dekabrın 1-dən ölkə ərazisinə daxil olan Türkiyə TIR-larına qarşı tətbiq etdiyi qaydalar Türkiyə-İran sərhədində uzun növbələrə səbəb olub.
TIR-lar “Gurbulaq” keçid məntəqəsində gözləməyə məcbur olurlar.
Avtomobillərin yanacağı, sürücülərin su və ərzaq ehtiyatı bitib. Yüzlərlə sürücü şaxtanın bəzən 10 dərəcəyə çatdığı ərazidə çarəsiz durumda qalıb.
Qeyd edək ki, İran hökuməti dekabrın 1-dən Türkiyə TIR-larına yanacaq satılmasını qadağan edib. Türkiyə ərazisindən yanacaq dolduran yük maşınlarının sürücülərindən isə İran ərazidinə daxil olarkən əlavə rüsum tələb olunur.
Bu gün Türkiyədən İrana nümayəndə heyətinin yollanacağı və rəsmi Tehranla danışıqlar aparacağı gözlənilir.