!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-İran yaxınlaşması: “Ərdoğanın Tehrana səfəri çox suallara aydınlıq gətirəcək” – Politoloq  

!Reklam – Yazi

Yaxın və Orta Şərqdə cərəyan edən proseslər Türkiyə ilə İranın mövqelərini xeyli yaxınlaşdırıb.

Yenicag.az xəbər verir ki, İran Baş Qərargahının rəisi, general Məhəmməd Baqirinin Türkiyəyə səfəri çərçivəsində Ankara ilə Tehranın birgə mümkün addımları ətraflı müzakirə olunub.

Baqirinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi və onunla 1 saata yaxın müzakirə aparması iki ölkənin regional proseslərdə əməkdaşlıq zərurətinin kifayət qədər gücləndiyini göstərir.

Analitiklərin fikrincə, aralarındakı müəyyən ziddiyyətlərə baxmayaraq, Türkiyə ilə İran xüsusilə, Qərbin “müstəqil kürd dövləti” layihəsinin baş tutmaması, o cümlədən terrorçu PKK/PYD/PJAK-a qarşı mübarizə istiqamətində effektli əməkdaşlıq edə bilər.

Yaranmış şəraitdə Ankara və Tehran arasında yaxınlaşmanın real əməkdaşlığa çevrilmək imkanlarını Yenicag.az-a dəyərləndirən Ankara Siyasət Mərkəzinin (APM) mütəxəssisi, politoloq Orxan Qafarlı hesab edir ki, prezident Ərdoğanın İrana gözlənilən səfəri bu çərçivədə yaranan suallara aydınlıq gətirəcək:

“Bildiyiniz kimi, son dövrlərdə Türkiyə və İran arasında Suriya, o cümlədən, PKK/PJAK-la bağlı müzakirələr intensivləşib. İran Baş Qərargah rəisinin Türkiyəyə bir neçə gün davam edən səfəri çərçivəsində Türkiyə-İran və Türkiyə-İraq sərhədlərində, o cümlədən Suriyanın İdlib və Afrin bölgələrindəki vəziyyət müzakirə olunub.

Aparılan müzakirələrdən sonra mediaya çıxarılan məlumatlarda Türkiyə ilə İranın İdlib bölgəsində birgə hərbi əməliyyat keçirmələrinin mümkünlüyü vurğulanırdı.

Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər edəcəyinə dair xəbər yayıldı. Ərdoğanın İrana səfəri böyük ehtimalla sentyabrda baş tutacaq.

Fikrimcə, bu ərəfədə Tükiyə ilə İranın Suriya və PKK məsələsində mövqelərinin nə dərəcədə yaxınlaşması Ərdoğanın İranın ali dini lideri Xamneyi, həmçinin prezident Həsən Ruhani ilə aparacağı müzakirələrdən sonra bəlli olacaq. Bu barədə indidən qəti fikir bildirmək çətindir.

Lakin bu da bir reallıqdır ki, Türkiyə ilə İran Suriyada kürd muxtariyyatının yaradılması ilə bağlı status-kvonun əleyhinədir. Başqa sözlə, Ankara regionda status-kvonun dəyişdirilməsinə qarşıdır.

Eyni zamanda, həm Türkiyə, həm də İran Amerikanın Suriya üzərindəki planları və PKK/PYD ilə əməkdaşlığından ciddi şəkildə narahatdır. Yəni Türkiyə ilə İranı bir-birinə yaxınlaşdıran olduqca mühüm faktorlar mövcuddur.
Hər halda, Türkiyə və İran prezidentlərinin gözlənilən görüşü bu iki ölkənin qeyd olunan məsələlər üzrə əməkdaşlığının qurulmasına dair bir sıra suallara aydınlıq gətirəcək”.

A. Zeynalov
Yenicag.az

COP29

www.yenicag.az

993
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv