Futbol üzrə Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.
Yenicag.az xəbər verir ki, 1/4 finalda İstanbul təmsilçilərindən “Fənərbağça” “Kayserispor”la, “Qalatasaray” isə “Başakşehir”lə üz-üzə gələcək.
Son ölkə çempionu “Trabzonspor” “Ankaragücü”nu sınağa çəkəcəksə, “Sivasspor” “Qaziantep” səddini keçməyə çalışacaq.
Yarımfinalda “Fənərbağça” – “Kayserispor” cütünün qalibi “Sivasspor” – “Qaziantep”, “Qalatasaray” – “Başakşehir” matçının qalibi isə “Ankaragücü” – “Trabzonspor” cütünün güclüsü ilə münasibətlərinə aydınlıq gətirəcək.
1/4 final qarşılaşmaları bir, yarımfinallar isə iki oyundan ibarət olacaq.
www.yenicag.az