Türkiyə müdafiə naziri: “F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”

media-hightechnic-468x90

“Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”.

Yenicag.az xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 zenit raket kompleksinin (ZRK) idxalından sonra ABŞ-ın hərbi təyyarələri olan F-35 proqramından Türkiyənin kənarlaşdırılacağına münasibət bildirərkən bu fikirləri bildirib.

Nazir deyib ki, Türkiyənin qeyri-bərabər və ədalətsiz olan bir qərarla layihə və işgüzar əlaqələrdən kənarlaşdırılmasının qanunsuz səbəblərə söykənməsi açıq-aşkar görünür: “Odur ki, əlaqələrimizə zərər verə biləcək addımlardan daşınmağı ABŞ-dan gözləmək strateji ortaq olaraq təbii haqqımızdır”.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp S-400 ZRK ilə əlaqəli Türkiyəyə sanksiya tətbiq olunması haqqında düşünmədiyini açıqlayıb.

NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, S-400 ZRK almaq Türkiyənin daxili işidir, Türkiyə NATO üçün S-400-dən daha əhəmiyyətlidir./APA/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600