!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə Qarabağ məsələsində həmişə qardaş Azərbaycanın yanında olub və olacaq”

!Reklam – Yazi

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də ona bitişik yeddi rayonu, ümumilikdə torpaqlarının iyirmi faizi Ermənistanın işğalı altındadır. Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunmazlığı çərçivəsində həll olunmalıdır və bunun vaxtı çatıb. Türkiyə bunu istəyir.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirdiyi mətbuat konfransında səsləndirib.

Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların qərarlarını xatırladan nazir deyib: “Bu sənədlərdən aydın şəkildə görünür ki, həmin torpaqlar Azərbaycan əraziləridir. Təəssüf ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində üzərinə düşən vəzifəni lazımi şəkildə yerinə yetirmədi. Bir neçə ay öncə onları Ankaraya dəvət edərək problemin diplomatik yolla həlli üçün səylərini artırmalarını istədik. Biz həm Rusiya, həm də ABŞ ilə danışıqlarımızda bu məsələni daim gündəmə gətiririk. Artıq bu problemin həll olunmasının vaxtı çatıb”.

Mövlud Çavuşoğlu Azərbaycanın konstruktiv mövqe nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın buna qarşılıq vermədiyini vurğulayıb. “Habuki beynəlxalq təşkilatların qərarları var, bütün dünya səy göstərir. Digər tərəfdən, Qarabağda qondarma seçkilər keçirdilər. Biz beynəlxalq təşkilatlardan, Minsk qrupundan bu seçkiləri tanımamağı və bunu açıq şəkildə söyləmələrini tələb etdik. Onlar bunu etdilər. Beynəlxalq ictimaiyyət bu seçkiləri tanımadığını söylədi. Ermənistan bu cür təxribatlara əl atmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə səy göstərməlidir. Biz hər bir məsələdə olduğu kimi, işğal olunmuş torpaqlar və Qarabağ məsələsində də hər vasitə ilə qardaş Azərbaycanın yanındayıq, bundan sonra da yanında olacağıq. Azərbaycan bu problemin necə həll olunmasını istəyirsə, biz də o şəkildə Azərbaycanın yanında olmağa davam edəcəyik”, – deyə Türkiyə XİN rəhbəri bildirib.

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv