Türkiyə qırıcıları İraqda

media-hightechnic-468x90

okikTürk qırıcıları İraqın Mosul şəhərinə kəşfiyyat uçuşları edib.

Kəşfiyyat qüvvələrinin verdiyi xəbərdə bildirilir ki, “Təcili” kodu ilə havalanan F-16 qırıcıları bölgəni izləmək məqsədi ilə Mosula hərəkət edib.

Mosulda türk konsulluğunu zəbt edib işçiləri girov götürən İŞİD qüvvələri türk qırıcıları tərəfindən tez-tez izlənilir.

Digər yayılan xəbərdə bildirilir ki, kəşfiyyat məlumatları toplamaq üçün Baş qərərgahdan bölgəyə 8 ədəd F-16 qırıcısı göndərilib. Məqsəd İŞİD nəzarətində olan bölgələrə kəşfiyyat uçuşu etmək olub. Təqribən 3 saat sürən uçuşdan və kəşfiyyat məlumatları toplandıqdan sonra qırıcılar heç bir problem yaşamadan bazaya dönüb.

Kəşfiyyat uçuşlarının İraq və ABŞ səlahiyyətliləriylə koordinasiyalı olaraq reallaşdırıldığı bildirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05