Türkiyə səfirliyinə atəş açan erməniyə cəza verildi

media-hightechnic-468x90

87509Moskvanın Xamovniçesk şəhər məhkəməsi Türkiyə səfirliyinə atəş açan erməni barəsində hökm çıxarıb.

Yenicag.xəbər verir ki, 43 yaşlı Arut Mirzoyan 2 il azadlıqdan məhrum edilib.

Arut Mirzoyanın vəkili Qeorqi Şatvoryan məhkəmənin qərarı ilə razı olmadıqlarını bildirib: “Biz bu qərardan şikayət etməyə hazırlaşırıq. Türkiyə erməni genosidini tanımaq istəmədiyi üçün Artur Mirzoyan bunu edib. O, bununla beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək istəyib.”.

Qeyd edək ki, Mirzoyan Rusiya vətəndaşıdır və Tula vilayətində yaşayır. O, “Dobrıy les” şirkətinin rəhbəridir.

Mirzoyan 18 avqust 2014-cü il tarixində gecə saatlarında ov silahından Türkiyə səfirliyinin binasının üstündəki Türkiyə gerbinə atəş açmışdı. Mirzoyan bir neçə saat sonra saxlanılmışdı və ona qarşı cinayət işi açılmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600