!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Şimali Koreyanın ölkədəki bütün aktivlərini dondurub

!Reklam – Yazi

Şimali Koreyanın Türkiyədəki bütün əmlakına həbs qoyulub.

Yeniçağ.Az-ın “APA”-ya istinadən məlumatına görə, qərar Türkiyə Nazirlər Kabinetinin toplantısında verilib.

Qərara görə, Şimali Koreyanın BMT tərəfindən müəyyənləşdirilən şəxs və qurumlarının əmlakları və bank hesabları dərhal dondurulur.

Buna səbəb Pxenyanın nüvə başlıqlı raket sınaqlarını dayandırmaması, qonşu ölkələri təhdid etməsidir. Bundan əlavə BMT “qara siyahısı”nda olan Şimali Koreyanın rəsmi şəxslərinin və ailə üzvlərinin Türkiyəyə girişinə də qadağa qoyulacaq.

Həmçinin, Şimali Koreyadan Türkiyəyə mis, sink, gümüş və nikel ixracına da son verilir.

Yeniçağ.Az

COP29

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv