Türkiyə türkdilli ölkələrlə diplomatik əlaqələrinin 25 illiyini qeyd edir - VİDEO

media-hightechnic-468x90

Turkiyənin turkdilli ölkələrlə diplomatik əlaqələrinin yaranmasından 25 il ötür.

Yenicag.az xəbər verir ki, sözügedən yubileylə əlaqədar qardaş ölkədə rəsmi qəbul təşkil olunub. Ankaradakı tədbirə müxtəlif ölkələrin səfirliyindən çoxlu dəvətli qatılıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mərasimdə giriş sözü ilə çıxış edib. O, türkdilli dövlətlərin 1991-ci ildən sonrakı müstəqillik yolunda Türkiyənin göstərdiyi dəstəkdən söz açıb, bundan sonra da birlik, bərabərlik içində yaşamağın önəmini vurğulayıb.

Daha sonra digər qonaqlara da söz verilib. Çıxışlardan sonra nazir Çavuşoğlu səfirlik işçilərinə PTT tərəfindən hazırlanan özəl əhəmiyyətə malik pul təqdim edib. Sonda isə qonaqlar birlikdə fotoqraf sərgisini gəziblər.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600