!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Ukraynaya bağışlanmış hərbi gəmiləri boğaza buraxmadı

!Reklam – Yazi

Türkiyə Prezident Administrasiyası müttəfiqlərinə Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmiləri boğazlarına buraxmayacağı barədə məlumatlandıracağını bildirib.

Yenicag.az xəbər verir ki, rəsmi ankara Montrö Boğazlar Konvensiyasının 19-cu maddəsinə uyğun olaraq hərəkət etdiyini bildirib.

“Boğazlar döyüşən tərəflərin (Rusiya və Ukrayna) hərbi gəmiləri üçün bağlanıb”, – Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında deyilir.

“Müttəfiqlərimizə Böyük Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmilərin müharibə davam etdiyi müddətcə Türkiyə boğazlarından Qara dənizə keçə bilməyəcəyi barədə məlumat verilib”, – deyə bəyanatda vurğulanır./Yenisabah/

COP29

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv